Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Novruzov sənət adamları ilə görüşüb

18 noyabr 2026 | 11:38

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı keramika rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Emin Ələkbərovu və Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış monumental heykəltəraş Tural Rzaquliyevi qəbul edib.

Görüş zamanı incəsənətin inkişafı, milli-mədəni irsimizin qorunması və təbliği, eləcə də Göygöl rayonunun zəngin tarixi-mədəni irsinin tanıdılması istiqamətində görülə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə keramika rəssamının rəhbərlik etdiyi “Gilabi Ceramics” brendinin fəaliyyəti də müzakirə olunub. “Gilabi Ceramics” Azərbaycan milli-mədəni irsini müasir keramika sənəti ilə birləşdirən yerli brenddir. Brend keramika sənətinin inkişafı, milli ornamentlərin yaşadılması və əl işlərinin təbliği istiqamətində fəaliyyət göstərir. Onun əsas məqsədi qədim sənət ənənələrini qorumaq və gələcək nəsillərə ötürməkdir.

Keçidlər