Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Novruzov qəsəbə sakinlərinin müraciətlərini dinləyib

28 oktyabr 2026 | 19:02
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Firuzabad qəsəbəsində sakinlərlə görüşərək səsləndirilən müraciətləri dinləyib. Görüşdə yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
       Görüş zamanı müraciətlərin bəziləri yerində öz həllini tapıb, qəsəbədaxili yolların təmiri, içməli su təminatının yaxşılaşdırılması, küçələrin gecə işıqlandırılması və istirahət parkının salınması məsələləri nəzarətə götürülərək, həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
       Sakinlər müraciətlərinə göstərilən diqqətə və yaradılmış şəraitə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Keçidlər