Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Əhmədov Göygöldə vətəndaş qəbulu keçirib

19 mart 2026 | 15:38

       Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin mart ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Göygöl rayonunda  Göygöl və Daşkəsən sakinlərini qəbul edib.

       Qəbuldan əvvəl “Azərişıq” ASC-nin sədri və Göygöl Rayon İcra hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

       Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər