Vətəndaşların növbəti qəbulu keçirilib
22 iyul 2026 | 16:05
Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib. Qəbul zamanı sakinlərin müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Müraciətlər müəyyən olunmuş qaydada qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.












