Vətəndaş müraciətlərinin həlli prioritetdir
24 noyabr 2026 | 12:52
Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Göygöl Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinin operativ həlli istiqamətində işlər davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən yerlərdə keçirilən görüşlər zamanı səsləndirilən müraciətlərin həlli ilə bağlı aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirilib.
İclasda qaldırılan məsələlər müzakirə olunub, qanunvericiliyə uyğun və vaxtında həlli üçün konkret tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.












