“V Milli Yaylaq Festivalı”na hazırlıq davam edir
16 iyul 2026 | 16:33
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Rayon Polis şöbəsinin rəisi və digər qurumların nümayəndələri ilə birgə rayonun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində keçiriləcək ənənəvi “V Milli Yaylaq Festivalı”na hazırlıq prosesinin mövcud vəziyyəti ilə yerində tanış olub.
Festival ərazisində yaradılan infrastruktur, sərgi məkanları, həmçinin tədbirə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Tədbirin yüksək səviyyədə təşkili, təhlükəsizlik tədbirlərinin görülməsi, nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması və əlverişli şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlara müvafiq olaraq tapşırıqlar verilib.












