V Gənclər Düşərgəsi Göygöldə
17 iyun 2026 | 12:31
Göygöl RİH-nin dəstəyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V Gənclər Düşərgəsi keçirilib. Tədbir çərçivəsində Şəhidlər Xiyabanı və Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Açılış mərasimində dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və İdman Nazirliyinin, RİH-nin, “Regional İnkişaf” İB-nin, QAİ-nın, Prezident yanında VXSİ Dövlət Agentliyinin əməkdaşları çıxışlarında Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında daha geniş təbliğinin vacibliyini vurğulayaraq, tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi, gənclərin ictimai fəallığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasından bəhs ediblər.
Bədii hissəsində “İrəvan” idman klubunun və rəqs qrupunun təqdimatında müxtəlif çıxışlar təqdim olunub. İki gün ərzində davam edən gənclər düşərgəsi çərçivəsində müxtəlif mövzularda intellektual yarışlar, musiqili əyləncəli proqram, həmçinin Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəalarına həsr olunmuş sessiyalar və rayon turu təşkil olunub.












