Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüş
07 may 2026 | 12:28
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzində Göygöl rayonu üzrə Uşaq Səfirlər Məclisinin üzvləri ilə maarifləndirici görüş təşkil olunub.
Görüşdə uşaqların hüquqlarının müdafiəsi, sosial fəallığının artırılması və qərarvermə prosesində iştirakının əhəmiyyəti müzakirə edilib. RİHB-nın müavini Kəmalə İbrahimova uşaqlara tövsiyələrini çatdıraraq davamlı inkişafın vacibliyini vurğulayıb.
Uşaq Səfirlər Məclisinin nümayəndələri “Uşaqdan böyüyə” layihəsini təqdim edib, həmçinin erkən nikah probleminə həsr olunan səhnəcik və maarifləndirici çıxışlar nümayiş olunub.
Sonda xatirə şəkli çəkdirilib.












