Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

26 oktyabr 2026 | 10:59

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilib. İclasda uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil və tərbiyəsi, eləcə də sosial müdafiəyə ehtiyacı olan uşaqlarla bağlı məsələlər müzakirə olunub.

Gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları nəzərdən keçirilərək qeyd olunub ki, uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və sağlam gələcəyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə aidiyyəti qurumların birgə və əlaqəli fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Keçidlər