Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil olunub

31 oktyabr 2026 | 11:06
       Uşaqların hüquqi biliklərinin artırılması, onların hüquqlarının müdafiəsi və sağlam həyat tərzinin təşviqi məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti və Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.
       Tədbirdə “Erkən nikahlar və onların fəsadları”, “Narkomaniyaya yox deyək” və “Uşaq hüquqlarının müdafiəsi” mövzuları ətrafında çıxışlar edilib. RİH-nin, rayon prokurorluğunun və polis şöbəsinin məsul əməkdaşları şagirdlərə erkən nikahın fəsadları, narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, eləcə də uşaqların hüquq və vəzifələri barədə ətraflı məlumat veriblər.
       Çıxışlarda uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin, zərərli vərdişlərdən və mənfi təsirlərdən uzaq tutulmasının vacibliyi vurğulanıb. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin suallar cavablandırılıb.
Keçidlər