Şriftin ölçüsü :

Saytın rəngi :

Un istehsalı müəssisəsi ilə tanışlıq

28 yanvar 2026 | 16:26

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov və Göygöl RİHB-sı Vüqar Novruzov Quşqara kəndində yerləşən “Osmanlı Taxıl” MMC-nin  fəaliyyəti ilə tanış olublar.

Müəssisənin təsisçisi Sənan İsmayılov bildirib ki, müəssisə tam müasir texnologiya ilə təchiz edilib, günlük istehsal gücü 60-70 tondur. Əsas xammal tədarükü Rusiya Federasiyası, Qazaxıstan Respublikası və yerli məhsuldan əldə olunur. Müəssisədə 4 növ məhsul emal edilir, bunlar əla növ un, birinci növ un, bonqalit və kəpəkdir. Burada 35 nəfər işçi çalışır.

Görüşdə ölkəmizdə sahibkarlığın inkişafı və fəaliyyəti üçün yaradılan münbit şəraitə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Keçidlər