Ümummilli Liderin xatirəsinə həsr olunan silsilə tədbirlər
08 may 2026 | 10:30
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 103 illiyi Göygöl rayonunda silsilə tədbirlərlə qeyd olunub. Belə ki, Tədbirlər Planına uyğun olaraq məktəblilər arasında “breyn-rinq” bilik yarışı, rəsm və inşa yazı müsabiqəsi, eləcə də müxtəlif idman yarışları keçirilib. Tədbirlərdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Təşkil olunan silsilə tədbirlərin Ulu Öndərə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğu vurğulanıb.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.












