Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Sağlamlıq Günü qeyd edilib

05 aprel 2026 | 11:22
       Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “İrəvan” İdman Klubunun dəstəyi ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş "Sağlam bədəndə sağlam ruh" adlı kütləvi tədbir keçirilib.
       Tədbir “İrəvan” İdman Klubunda gənc idmançıların, müxtəlif idman bölmələrinin üzvlərinin, rayon fəallarının iştirakı ilə baş tutub. Çıxışlarda gənclərin fiziki sağlamlığının gələcək nəslə xeyri barədə, gənclərin asudə vaxtının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq durması məqsədilə bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd edilib. Rayonun veteran idmançıları gənclərlə öz təcrübələrini bölüşüb, idmanın insan iradəsinin formalaşmasındakı rolundan danışıblar.
       “İrəvan” İdman Mərkəzinin savat, taekvondo, kikboksinq bölmələrinin gənc idmançıları öz bacarıqlarını nümayiş etdirərək sağlam həyat tərzinin əyani nümunəsini göstəriblər. Həkim personalı tərəfindən tibbi müayinələr keçirilmiş və tövsiyələr verilmişdir.
       Tədbirdə RMX-nın, Gigiyena və Epidemioloji Mərkəzin və Kardirevmotoloji Sanatoriyanın həkim heyəti tərəfindən çıxışlar edilərək, sağlam həyat tərzi ilə bağlı hazırlanmış bukletlər paylanılıb.
Keçidlər