Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi

14 iyul 2026 | 16:59
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqillik və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə RİH-in, YAP rayon təşkilatının, idarə və müəssisələrin əməkdaşları, ağsaqqallar və gənclər iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
        Ümummilli Lider Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna  xidmətlərindən  söhbət açaraq qeyd ediblər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ulu Öndər hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün I mərhələsi (1969-1982-ci illər) xalqın yaddaşında respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda quruculuq, abadlaşdırma, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması dövrü kimi xatırlanır. Vurğulanıb ki, bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanaraq dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
        Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra Partiya veteranı Süleyman Məmmədov 75 illik yubileyi münasibətilə təltif olunub, yeni üzvlüyə qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.
Keçidlər