Üçtəpə kəndində vətəndaşlarla səyyar qəbul təşkil olunub
21 aprel 2026 | 12:34
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Üçtəpə kəndində növbəti səyyar qəbul keçirib. Tədbirdən öncə kənddə yerləşən şəhidlərin xatirə abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq şəhidlərin əziz xatirəsi yad olunub.
Səyyar qəbulda rayon prokuroru, YAP rayon təşkilatının sədri, İH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər verilib, bəzi məsələlər isə icrası üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












