Şriftin ölçüsü :

Saytın rəngi :

Üçtəpə kənd sakinləri ilə görüş keçirilib

28 oktyabr 2026 | 18:17
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Üçtəpə kəndində sakinlərlə görüş keçirib. Əvvəlcə kənddə yerləşən şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi anılıb.
        Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
        Görüş zamanı yerində həlli mümkün olan məsələlər öz həllini tapıb, içməli su təminatının yaxşılaşdırılması, küçələrin gecə işıqlanması ilə təmin olunması, digər məsələlər nəzarətə götürülərək aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr bildirilib.
        Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər