Tibb işçiləri ilə görüş keçirilib
29 dekabr 2025 | 12:09
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Göygöl Rayon Mərkəzi Xəstəxanasında səhiyyə işçiləri ilə görüş keçirilib. Öncə xəstəxanada yaradılmış şəraitlə, mövcud olan tibbi infrastruktur, şöbələrin fəaliyyəti, müasir avadanlıqlarla təminat və əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsi ilə tanış olunub.
Görüşdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyə sisteminin təşkil edildiyi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən səhiyyə sahəsinə göstərilən diqqət barədə danışılıb, səhiyyə sahəsində böyük və uğurlu layihələr həyata keçirdiyi vurğulanıb. Göygöldə səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz edildiyi, ucqar yaşayış məntəqələrində yeni tibb müəssisələrinin inşa olunduğu, tibb işçilərinin təkmilləşməsi, digər məsələlərlə bağlı müzakirələr aparılaraq əməkdaşların təklif və fikirləri dinlənilib.












