Təqaüdə çıxan əməkdaşla görüş keçirilib
17 sentyabr 2026 | 15:50
Göygöl RİHB-sı və aparatın məsul əməkdaşları uzun illər İH-də çalışmış, təqaüd yaşının çatdığı üçün təqaüdə çıxan Əliyusif Allahverdiyevi qəbul edərək, ona bu müddətdə vəzifə funksiyalarını layiqincə yerinə yetirdiyinə görə təşəkkürlərini bildiriblər.
Görüş zamanı əməkdaşın kollektivdəki fəaliyyəti yüksək qiymətləndirilib, səmərəli fəaliyyətinə görə Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub.
Ə.Allahverdiyev göstərilən diqqətə görə minnətdarlığını ifadə edibdir.












