Təmir və abadlıq işlərinə baxış keçirilib
14 oktyabr 2026 | 15:30
Rayon İcra Hakimiyyətinin başçısı Göygöl şəhəri şəhid İlqar Novruzov küçəsində aparılan təmir və abadlıq işlərinə baxış keçirib.
Baxış zamanı küçədə asfalt örtüyünün salınması, bordürlərin quraşdırılması və səki daşlarının düzülməsi işlərinin gedişi nəzərdən keçirilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər şəhər infrastrukturunun yaxşılaşdırılmasına, yol hərəkətinin və piyadaların rahatlığının təmin edilməsinə, Göygölün ümumi görkəminin daha da gözəlləşdirilməsinə xidmət edir.
Rayonda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, şəhər ərazisində müasir infrastrukturun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.












