Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələr və gənclər üçün maarifləndirici görüş keçirilib

23 oktyabr 2026 | 17:04
        Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Peşə Məktəbi və Gənclər Evinin birgə təşəbbüsü ilə tələbə və gənclər üçün “Mentor Talks” maarifləndirici görüşü təşkil olunub.
        Tədbirdə RİHB Aparatının böyük məsləhətçisi Vəfa İbrahimova gənclərin cəmiyyətdə rolu və ictimai məsuliyyət, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova peşə təhsilinin əhəmiyyəti və düzgün ixtisas seçimi, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının şöbə müdiri Pərviz Əliyev əmək bazarının tələbləri və karyera planlaması, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə gənclərin şəxsi inkişafı və təşəbbüskarlığının əhəmiyyəti barədə çıxış ediblər.
        Görüş çərçivəsində TED formatlı çıxışlarda karyera mütəxəssisi Zinhar Abbasova, Xanni-2017 MMC-nin təsisçisi İdris İbrahimov, London Language School-un Göygöl üzrə təsisçisi Səadət Həsənova, Damla Gözəllik Salonunun təsisçisi Günay Zərgərova və Bon Cafe by Ali Cavan-ın təsisçisi Murad Əliyev öz peşəkar təcrübələrini, uğur hekayələrini və tələbə-gənclərə tövsiyələrini bölüşüblər. Çıxışlarda karyera inkişafı, sahibkarlıq, biznesin qurulması və davamlı öyrənmənin əhəmiyyəti vurğulanıb.
        Görüşün əsas məqsədi tələbə və gənclərin peşəkar inkişafına dəstək olmaq, onların məşğulluq və sahibkarlıq imkanları barədə məlumatlılığını artırmaq olub.
Keçidlər