Təhsil müəssisələri rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib
27 noyabr 2025 | 13:01
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən görüşün məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Hüquq şöbəsinin müdiri, Rayon üzrə təhsil sektorunun müdiri, Prokurorluğunun nümayəndəsi, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüş müddətində “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub.
Görüş interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, maraqlandıran suallar cavablandırılıb.












