Təhsil işçilərinin sentyabr konfransı keçirilib
02 sentyabr 2026 | 16:29
2026-2027-ci tədris ilinin başlanması ərəfəsində Göygöl rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib. Tədbirdə Göygöl Rayonu İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri iştirak ediblər.
Konfransda rayonun ümumi təhsil müəssisələrində ötən tədris ili ərzində görülmüş işlər, təhsil keyfiyyət göstəriciləri, monitorinq və buraxılış imtahanlarının nəticələri, şagird nailiyyətləri, məktəbdənkənar və məktəbəqədər təhsilin mövcud vəziyyəti, eləcə də təhsil müəssisələrinin fəaliyyətində əsas problemlər və qarşıda duran məsələlər barədə ətraflı təhlil aparılıb.
Çıxışlarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı, təhsil infrastrukturunun yenilənməsi və müasir təhsil imkanlarının yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər xüsusi vurğulanıb.
Yeni tədris ilində rayonun bütün təhsil işçilərinə uğurlar arzulanıb, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.












