Şriftin ölçüsü :

Saytın rəngi :

Təhlükəli əraziyə baxış keçirildi

09 iyul 2026 | 12:37
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “24 №-li Yol İstismarı” MMC-nin balansında olan respublika əhəmiyyətli R-19 Gəncə–Kəlbəcər–Laçın magistral avtomobil yolunun 37-ci kilometrində, Göygöl rayonunun Toğanalı kəndi ərazisindən keçən hissəsində, aramsız yağan yağışlar nəticəsində sel sularının təsiri ilə yol yatağında yaranmış uçma və sürüşmə təhlükəsi olan əraziyə baxış keçirib.
       Təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb.
Keçidlər