Tarixi yaddaşın yaşadılması milli dəyərlərin təməlidir
11 may 2026 | 11:34
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları və icma üzvləri iştirak ediblər.
Öncə müasir, müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin hakimiyyəti dövründə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması üçün hüquqi, siyasi və tarixi addımlar atıldığını qeyd edərək milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində aparılan siyasətin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin bildirilib ki, dövlət başçımızın ardıcıl və prinsipial mövqeyi sayəsində Qərbi Azərbaycan məsələsi milli ideologiyanın tərkib hissəsinə çevrilib.
İcma üzvləri Qərbi Azərbaycandan olan soydaşlarımızın yurd həsrətinin tezliklə bitəcəyinə və öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə qayıdacaqlarına inamlarını ifadə ediblər.
Sonda Ulu Öndərin Qərbi Azərbaycanla bağlı fikirlərindən hazırlanmış videoçarx təqdim olunub.












