Şriftin ölçüsü :

Saytın rəngi :

“Talassemiyasız həyat naminə” qanvermə aksiyası

16 iyul 2026 | 11:58
        Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair imzalanmış xüsusi Sərəncamların icrası və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Respublika üzrə qanvermə aksiyaları həyata keçirilir.
        Göygöl rayon əhalisi  də növbəti dəfə  bu təşəbbüsə qoşularaq irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi üçün donorların könüllü qanvermə aksiyasına qoşulub.  Belə ki, Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında donorlar "Respublika Qan Bankı" PHŞ-nin təcrübəli tibb heyəti tərəfindən müayinə olunduqdan sonra nəcib missiya daşıyan aksiyada iştirak etmişlər.
Keçidlər