Şriftin ölçüsü :

Saytın rəngi :

Sülh və həmrəylik – təhlükəsiz gələcəyin təminatıdır

21 sentyabr 2026 | 11:58
        21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ombudsman tərəfindən ölkəmizdə elan olunmuş Sülh Aylığı çərçivəsində “Sülh və həmrəylik – təhlükəsiz gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
        Tədbirdə RİHB-nın müavini və məsul əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri və gənclər iştirak edib.
        Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Tədbirdə çıxış edən natiqlər Beynəlxalq Sülh Gününün əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, sülh bəşəriyyətin ən ali dəyərlərindən biri olmaqla yanaşı, insanların təhlükəsiz və firavan həyatının, davamlı inkişafın mühüm şərtidir.
        Vurğulanıb ki, müasir dünyada sülhün və sabitliyin qorunması, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın, dialoqun və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sülh mədəniyyətinin formalaşdırılmasında xüsusilə gənclərin fəal iştirakı mühüm rol oynayır.
        Tədbirdə ölkəmizdə sülh və sabitliyin qorunması, insanların təhlükəsiz və firavan şəraitdə yaşaması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilərək, Azərbaycanın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
        Sonda videçarx təqdim edilib.
Keçidlər