Şöbə müdiri hakim vəzifəsinə təyin edilib
05 yanvar 2026 | 12:55
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Şəbəndəyeva Təhminə Əlistan qızı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 25 dekabr 2025-ci il tarixində birinci instansiya məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın məsul əməkdaşları yeni vəzifəyə təyin olunması münasibətilə Təhminə xanımı təbrik edib, məhkəmə hakimiyyəti orqanlarında fəaliyyətində uğurlar arzulayıblar.












