Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” ilə tanışlıq

10 fevral 2026 | 18:02

          Rayon İcra Hakimiyyətinin başçısı Səyyar “ASAN xidmət” tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili, müraciətlərin qəbulu və icrası üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri və Səyyar “ASAN xidmət” vasitəsilə vətəndaşlara göstərilən dövlət xidmətlərinin əlçatanlığı, şəffaflığı və operativliyi təmin olunur.

          Həmçinin qeyd edilmişdir ki, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş siyasətinin nümunəsi olan bu xidmətlər əhali tərəfindən yüksək qiymətləndirilir və regionlarda yaşayan vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır.

Keçidlər