Sentyabrın 6-da Göygöl Olimpiya İdman Kompleksində gənclər və idman naziri Fərid Qayıbov “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşüb.
06 sentyabr 2025 | 19:56
Gənclər və İdman naziri Fərid Qayıbov düşərgənin vətənpərvərlik hissinin daha da artırılmasında, Şanlı Zəfər tarixinin təbliğ edilməsində və gənclərə ilkin hərbi təlimlərin öyrədilməsində çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. Nazir gənclərə vətənpərvərlik istiqamətində layihələrə Gənclər və İdman Nazirliyinin xüsusi diqqətlə yanaşdığını, bu tipli tədbirlərin sayının artırılacağını bildirib və onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, sayca 20-ci olan, Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi Qarabağ Zəfərinin 5-ci ilinə həsr edilib.












