Səmədli kəndində səyyar görüş təşkil olunub
06 yanvar 2026 | 12:58
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində araşdırılması və operativ həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafiki çərçivəsində Səmədli kənd sakinləri ilə görüş keçirib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin nümayəndələri iştirak ediblər. Sakinlərin səsləndirdiyi məsələlərin bir hissəsi yerindəcə həll olunub, araşdırma və vaxt tələb edən müraciətlərlə bağlı isə aidiyyəti qurumlara tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.












