Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədli kəndində səyyar görüş keçirilib

16 noyabr 2026 | 17:05
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Səmədli kəndində sakinlərlə növbəti səyyar görüş keçirib.
        Səyyar görüşdə RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və müvafiq xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
        Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.
        Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər