Şəhriyar kəndində səyyar görüş keçirilib
01 sentyabr 2026 | 16:40
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Şəhriyar kəndində sakinlərlə səyyar qəbul keçirib.
Səyyar qəbulda RPŞ-nin rəisi, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.












