Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhriyar kəndində İcma üzvləri ilə görüş keçirilib

05 may 2026 | 13:02
        Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Şəhriyar kəndində Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib. Tədbirdə RİH-nin əməkdaşları, icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxış edənlər Qərbi Azərbaycan amili Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri olduğunu qeyd edərək, məhz Ulu Öndərin təşəbbüsü ilə deportasiya faktlarının araşdırılması, sənədləşdirilməsi və tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Həmçinin vurğulanıb ki, hazırda möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasını Azərbaycan torpaqlarından deportasiya olunmuş soydaşlarımızın hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi, onların tarixi yurdlarına dinc və təhlükəsiz şəkildə qayıdışına nail olunması təşkil edir. Aparılan məqsədyönlü siyasət Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradır.
        Görüşdə icma üzvləri Ulu Öndərin siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Keçidlər