Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anası ilə görüş keçirilib

13 mart 2026 | 17:27

       Göygöl Rayon İcra Hakimiyyətində əslən Kəlbəcərdən olan Vətən müharibəsi şəhidi Dağbəyi Orucovun anası Mətanət Orucova ilə görüş keçirilib. RİH-nin başçısı şəhidin ailə üzvünü qəbul edərək onun müraciət və təkliflərini dinləyib.

       Söhbət zamanı Dağbəyi Orucovun göstərdiyi şücaət, döyüş meydanında nümayiş etdirdiyi mərdlik və fədakarlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu bildirilib. Vurğulanıb ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayır, onların adları tariximizə qızıl hərflərlə yazılıb və bu qəhrəmanlıq salnaməsi heç zaman unudulmayacaq. Şəhid Dağbəyi Orucovun əziz xatirəsinin əbədiləşdirilməsi, onun keçdiyi şərəfli yolun gələcək nəsillərə aşılanması dövlətin və cəmiyyətin əsas mənəvi borclarından biri kimi dəyərləndirilib.

       Şəhid anası dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlığını bildirib.

Keçidlər