Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri üçün “44” filminə baxış təşkil olunub

28 oktyabr 2026 | 11:59

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Göygöl şəhər bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri üçün Gəncədə "44” filminə baxış təşkil olunub.

Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın birliyini və əsgər-zabitlərimizin şücaətini, “Dəmir yumruq” siyasəti nəticəsində qazanılan qələbəni əks etdirən film izləyicilərdə dərin təəssürat yaradıb.

Şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların sosial və mənəvi dəstəklənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Müzəffər Ail Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri xüsusi diqqət və qayğı bu istiqamətdə görülən işlər üçün mühüm örnəkdir.

Keçidlər