Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı növbəti tədbir baş tutub

24 aprel 2026 | 17:00
        Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev irsində şəhərsalma və memarlıq dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, ziyalılar və gənclər iştirak edib.
        İlk öncə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Giriş sözü ilə çıxış edən RİH başçısının müavini Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda şəhərsalma siyasətinin formalaşmasında, milli memarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsində müstəsna rol oynadığını vurğulayaraq,  Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı tikinti və abadlıq işlərinin ölkənin urban inkişafında mühüm mərhələ təşkil etdiyini, şəhərsalma siyasəti vasitəsilə milli kimliyi qorumaq, tarixi irsi yaşatmaq və eyni zamanda müasir inkişafın tələblərinə cavab verən şəhər mühiti formalaşdığını qeyd edib.
        Digər çıxışçılar da mövzunun aktuallığını vurğulayaraq Ümummilli Liderin müəyyən etdiyi şəhərsalma strategiyasının bu gün də uğurla davam etdirildiyini, həyata keçirilən layihələr əhalinin sosial rifahının yüksəldilməsinə, müasir infrastrukturun qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət etdiyini qeyd ediblər. Həmçinin milli memarlıq üslubunun qorunması və zənginləşdirilməsi istiqamətində görülən işlər Azərbaycanın mədəni irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı vurğulanaraq bu siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində şəhər və rayonlarda geniş quruculuq və abadlıq işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.
        Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Keçidlər