“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” adlı tədbir keçirilib. Gənclər Evində baş tutan tədbirdə RİH-in, Gənclər və İdman sektorunun, Gənclər Evinin əməkdaşları, eləcə də təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edən natiqlər Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən memarlıq irsinin mühafizəsinə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də uğurla davam etdirilərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrin konservasiyası və restavrasiyası sahəsində ardıcıl layihələr icra olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsi kimi qiymətləndirilir.
Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Mövzu ilə bağlı videoçarx nümayiş olunaraq sərgiyə baxış keçirilib.












