Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərdaxili yolların nişanlanması aparılır

26 oktyabr 2026 | 16:01
        Göygöl şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərdaxili yolların rənglənməsi və nişanlanması işləri aparılır. Görülən işlər çərçivəsində piyada keçidləri rənglənir və yenilənir, yolun hərəkət zolaqlarını ayıran xətlər çəkilir, dayanma və parklanma yerləri işarələnir.
        Bu tədbirlər yol hərəkəti təhlükəsizliyinin artırılması, sürücü və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda aparılan işlər şəhərin ümumi görünüşünün yaxşılaşmasına və nəqliyyatın daha nizamlı təşkilinə xidmət edir.
Keçidlər