Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər sakinləri ilə səyyar qəbul keçirilib

27 oktyabr 2026 | 12:54
        Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirilib. Qəbul Göygöl şəhərinin S.Vurğun, Qaçaq Nəbi və Babək küçələrinin sakinlərini əhatə edib.
        Səyyar görüşdə rayon prokuroru, RPŞ-nin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi nümayəndəsi, bələdiyyə sədri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Sakinlərin səsləndirdiyi məsələlərin bir hissəsi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
        Sakinlər müraciətlərinin dinlənilməsinə və problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər