Şəhər sakinləri ilə səyyar görüş təşkil olunub
29 aprel 2026 | 16:04
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirilib. Qəbul Göygöl şəhərinin Ə.Əliyev, A.Eldarzadə və Q.Qarayev küçələrinin sakinlərini əhatə edib.
Görüşdə rayon prokuroru, YAP rayon təşkilatının sədri, icra hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi nümayəndəsi, bələdiyyə sədri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Sakinlərin səsləndirdiyi məsələlərin bir hissəsi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və müraciətlərə operativ yanaşmaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.












