Şəhər məscidində aparılacaq təmirlə tanışlıq
14 avqust 2026 | 16:54
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı şəhər “Heydər məscidi”nin həyətində aparılması nəzərdə tutulan təmir və abadlıq işləri ilə yerində tanış olub. Tanışlıq zamanı həyətin mövcud vəziyyəti, görüləcək işlərin həcmi və ardıcıllığı müzakirə edilib. Aidiyyəti məsul şəxslərə təmir işlərinin keyfiyyətlə həyata keçirilməsi, ərazinin abadlaşdırılması, yerli əhalinin və turistlərin rahatlığının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.












