Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik işçilərinin peşə bayramı qeyd olunub

13 fevral 2026 | 16:38

          Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü Göygöl rayonunda qeyd edilib. Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, həmçinin səfərbərlik sahəsində çalışan əməkdaşlar iştirak edib. Tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

          RİHB-sı səfərbərlik işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edərək ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində, vətənpərvərlik ruhunun aşılanmasında və çağırış prosesinin təşkili sahəsində gördükləri işlərin yüksək qiymətləndirildiyini vurğulayıb, onların məsuliyyətli və şərəfli xidmətindən bəhs edib və  gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra kollektiv foto çəkdirilib.

Keçidlər