Şriftin ölçüsü :

Saytın rəngi :

Sarısu kəndində sakinlərin müraciətləri dinlənilib

19 iyun 2026 | 12:34
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sarısu kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib. Qəbuldan əvvəl kənddə yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
        Səyyar qəbulda rayon prokuroru, Rayon Polis Şöbəsinin rəisi, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və aidiyyəti xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
        Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Müraciətlərdə əksini tapan məsələlərin operativ həlli və aidiyyəti istiqamətlər üzrə zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.
        Qəbul iştirakçıları ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması və onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər