Sakinlərlə səyyar görüş keçirilib
29 dekabr 2025 | 17:01
Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq Cümşüdlü kəndinə səfər edib və burada sakinlərlə görüş keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının nümayəndələri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Vətəndaşların müraciətlərinin dinlənilməsi zamanı qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, müraciətlərin icrası isə nəzarətə götürülüb.
Görüş iştirakçıları səsləndirdikləri problemlərin həssaslıqla qarşılanmasına və operativ şəkildə həllinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.












