Sakinlərin müraciətləri təmin olunub
15 sentyabr 2026 | 17:49
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Keşkü kəndində keçirilən səyyar qəbulunda kənd sakinləri tərəfindən kənd tam orta ümumtəhsil məktəbinin həyətində asfaltlanma işlərinin aparılması ilə bağlı müraciət qaldırılıb.
Vətəndaşların müraciəti nəzərə alınaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi 15 sentyabr – Bilik günü ərəfəsində təmin edilib. Belə ki, Göygöl bələdiyyəsi tərəfindən məktəbin həyətində ümumilikdə 300 kv.metrə yaxın ərazidə asfaltlanma işləri aparılaraq yeni tədris ilində şagird və müəllimlər üçün daha səliqəli və rahat mühit yaradılıb.
Vətəndaş müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir.












