Sakinlərin müraciətləri dinlənilib
05 may 2026 | 16:58
Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayon sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib, onların həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib. Daxil olan müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












