Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam gələcək naminə maarifləndirici görüş keçirilib

14 mart 2026 | 13:30

       Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quşqara kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniya və zərərli vərdişlərə qarşı sağlam gələcək” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə RİH-nin nümayəndələri, RPŞ-nin əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak edib.

       Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlərdən bəhs edərək zərərli vərdişlərin gənclərin gələcək həyat və sağlamlıqlarına mənfi təsir göstərdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, sağlam həyat tərzinin seçilməsi gənclərin düzgün istiqamətdə formalaşmasında mühüm rol oynayır. Həmçinin sağlam gələcəyin təmin olunmasında hər bir fərdin məsuliyyət daşıdığı vurğulanaraq bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı olacağı diqqətə çatdırılıb.

       Ətraflı olaraq şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb, videoçarx təqdim olunub.

Keçidlər