Sağlam ailə münasibətləri cəmiyyətin təməlidir
16 may 2026 | 15:06
15 May – Beynəlxalq Ailə Günü münasibətilə Rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailəmizin psixoloji iqlimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Mədəniyyət Mərkəzinin və Gənclər Evinin məsul əməkdaşları, məktəb psixoloqları, eləcə də gənclər iştirak edib.
Çıxış edənlər ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq, ailədaxili münasibətlərdə qarşılıqlı hörmətin, anlayışın və sağlam ünsiyyətin vacibliyini diqqətə çatdırıblar.
Sonda Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri tərəfindən “Ailənin xoşbəxt olması üçün nələrə diqqət etmək lazımdır?” mövzusunda slayd təqdimatı və videoçarx nümayiş olunub.












