Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

27 oktyabr 2025 | 09:50
Şəhid Məmmədov Samir Ramiz oğlu 10 fevral 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birgə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. Samir Məmmədov 1992-ci ildə Göygöl rayon Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2004-cü ilin aprel ayından 2005-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 13 oktyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, 2 övladı var.
Keçidlər