Sabahın xeyir, Göygöl!
17 iyun 2025 | 10:21
Şəhid Həsənov Vüsal Bayram oğlu 17 mart 1986-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1992-ci ildə Göygöl şəhər 6 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.
2010-cu il aprel ayından 2011-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Vüsal Həsənov 8 noyabr 2020-ci tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 16 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, 2 övladı var.












